ABŞ Nümayəndələr Palatası Baydenin impiçmenti ilə bağlı qətnaməyə səs verəcək
12 Dekabr 2023 09:04 DünyaDekabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenin impiçmenti üçün əlavə araşdırmaya icazə verən qətnaməyə səs verəcək.
Olaylar.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyinə ABŞ qanunverici orqanının aşağı palatasındakı Respublikaçılar Partiyasının nümayəndəsi bildirib.
Beləliklə, o, qanunverici Liza Makkleynin səsvermənin dekabrın 14-də keçiriləcəyi ilə bağlı bəyanatını təkzib edib. Səsvermə ərəfəsində qətnamə Nümayəndələr Palatasının Qaydalar Komitəsində nəzərdən keçiriləcək. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31