Zelenski ABŞ-a səfər edəcək
11 Dekabr 2023 21:31 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ABŞ-nin Ukraynaya yardımı görüşün əsas müzakirə predmeti olacaq.
Ağ Evin Mətbuat xidmətindən bildirilib ki, Zelenski səfər zamanı, həmçinin, Senat üzvlərinin iclasında çıxış edəcək.
Qeyd edək ki, Zelenski dekabrın 10-da Argentinaya səfər edib, burada yeni Prezident Xavyer Maylinin andiçmə mərasimində iştirak edib. Bu, Ukrayna Prezidentinin rus qoşunlarının genişmiqyaslı işğala başlamasından sonra Latın Amerikası ölkələrinə ilk səfəri idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31