Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik - Ərdoğandan XƏBƏRDARLIQ

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dünyada su mənbələri sürətlə azalır.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var.

"Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur. İqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır. Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb", - deyə o, əlavə edib.

Türkiyə lideri qeyd edib ki, dünyanın nizamı pozulur:

"Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31