Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
11 Dekabr 2023 18:48 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə XİN "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünün çərçivəsində baş tutub. Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31