Böyük Britaniya Rusiya əleyhinə sanksiyalara nəzarət edən bölmə yaradacaq - ÖZƏL

"Böyük Britaniya hökuməti özəl şirkətlərin Rusiya əleyhinə sanksiyalara əməl etməsinə nəzarət etmək üçün yeni bölmə yaradacaq".

Olaylar.az xəbər verir ki, bunu Biznes və Ticarət Departamenti bildirib.
Ticarət Sanksiyalarının İcrası İdarəsi (OTSI) qanunları pozan şirkətləri cərimələrlə cəzalandırmaq və cinayət işlərini GM Gəlir və Gömrük İdarəsinə (HMRC) baxılmaq üçün ötürmək səlahiyyətinə malik olacaq. Xüsusilə, 2024-cü ilin əvvəlində fəaliyyətə başlayacaq ofis, məhsullarını üçüncü ölkələr vasitəsilə ixrac edərək sanksiyalar rejimlərindən yayına bilən şirkətlərə diqqət yetirəcək.
Böyük Britaniya Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri 1800-dən çox Rusiya fiziki və hüquqi şəxsini qara siyahıya salıb və onların ümumi məbləği 18 milyard funt-sterlinqdən (23 milyard dollar) çox olan aktivlərini dondurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31