Ukraynanın məşhur aktyoru cəbhədə həlak oldu - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
 

Ukraynanın məşhur aktyoru Andrey Pavlenko cəbhədə həlak olub.

Olayar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Darya Orexova sosial şəbəkə hesabından məlumat verib.

Onun dəqiq necə öldüyü hələlik məlum deyil.

"Müharibə heç kəsə rəhm etmir... Müharibə bizim doğmalarımızı və əzizlərimizi əlimizdən alır! Müharibə Andrey Pavlenkonu apardı. Vaxtı gələndə Andreylə vidalaşma gününü elan edəcəyəm! Sənin üçün çox darıxacağam, əzizim", - deyə Orexova yazıb.

Pavlenkonun iki övladı qalıb.

Qeyd edək ki, məşhur aktyor "Qadın həkimi" ("Jіnoçiy lіkar"), "Gözlənti vərəqi" ("List oçіkuvannya"), "Nestor Maxnın doqquz həyatı" ("Dev'yat jittіv Nestora Maxna"), "Çapayev üçün önəmlər" ("Pristrastі za Çapaem"), "Sənədlər üçün foto" ("Foto na dokumenti") kimi filmlərdə rol alıb. (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31