Rusiyada göyərtəsində 19 kq radioaktiv maddə olan təyyarə qəza enişi etdi
11 Dekabr 2023 13:52 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiyada göyərtəsində 19 kq radioaktiv maddə olan təyyarə Vnukovo hava limanına qəza enişi edib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb.
Bildirilib ki, Moskva-Xantı-Mansiysk reysi ilə hərəkət edən təyyarədə 104 sərnişin olub. Gecə saatlarında şassinin nasazlığı barədə siqnal verdikdən sonra təcili Vnukovo hava limanına eniş edib.
Təyyarədəki 19 kq ağırlığında maddənin təhlükəli yük kateqoriyasına aid olduğu, lakin Rusiyanın Nəqliyyat Nazirliyi tərəfindən icazə verilən mallar siyahısına daxil olduğu qeyd edilib.
Təyyarənin enişi nəticəsində xəsarət alan olmayıb. Həmçinin, təhlükəli yükün də zədələnmədiyi deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31