İrəvanda bıçaqlanma - Ölən və yaralanan var

Ermənistanın paytaxtı İrəvanda bir kişi bıçaqlanma nəticəsində aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, daha bir nəfərin xəstəxanda olduğu deyilir.

İlkin məlumatlara görə, bıçaqlanma hadisəsinin hansı şəraitdə baş verdiyi məlum deyil. 26-27 yaşlı kişilər bir-birinin ardınca eyni xəstəxanaya çatdırılıb. Həkimlər yaralanan hər iki şəxsi əməliyyat etsə də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi artıq müəyyən edilib. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31