İranda sərnişin avtobusu aşdı: Ölənlər və yaralananlar var
11 Dekabr 2023 11:00 DünyaBu gün səhər yerli vaxtla 05:34-də İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin Bocnurd-Esfərayin magistral yolunda sərnişin avtobusu aşıb.
Olaylar.az-ın məlumatına görə, avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yaralılar vilayətin xəstəxanalarına yerləşdiriliblər.
Bildirilir ki, qəzaya avtobus sürücüsünün sürət həddini aşması səbəb olub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31