Ukraynanın Aİ-yə daxil olması üçün vaxt lazımdır - ÖZƏL
11 Dekabr 2023 11:12 Dünya"Ukraynanın Avropa İttifaqına daxil olması prosesi Kiyevin yerinə yetirməsi üçün vaxt və bütün şərtləri tələb edəcək".
Olaylar.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
"Avropa İttifaqının keçiriləcək sammitində istənilən halda vaxt tələb edəcək üzvlük deyil, üzvlük danışıqlarının başlaması müzakirə olunacaq. Təbii ki, Aİ-yə üzvlük yalnız üzvlük üçün bütün şərtlər yerinə yetirildikdən sonra baş tuta bilər" - o, deyib.
Aİ liderləri dekabrın 14-15-də keçirəcəkləri sammitdə Ukrayna və Moldaviya ilə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq və Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edirlər. Belə bir təkliflə noyabrın əvvəlində Avropa Komissiyası çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31