Tunisdə Rusiyanın iştirakı ilə Karfagen Teatr Günləri başa çatıb - ÖZƏL
11 Dekabr 2023 11:11 DünyaDekabrın 2-dən 10-dək Tunisdə Rusiya teatr kollektivlərinin iştirakı ilə 24-cü "Karfagen Teatr Günləri" beynəlxalq festivalı keçirilib.
"Karfagen Teatr Günləri festivalı dərin ənənələrə malik tədbirdir, haqlı olaraq Afrikanın ən böyük və ən məşhur teatr forumları sırasında yer alır. Tunisdəki Rus Evi bu il onun əsas tərəfdaşlarından biri oldu" - Rusiya Elm və Mədəniyyət Mərkəzinin rəhbəri Yuri Zaitsev bildirib.
"Festivalın rəhbərliyi bu il dahi dramaturqumuz Anton Çexovun irsinə müraciət etmək qərarına gəlib. Tunisdəki Rus Evi təşkilatçılarla sıx əməkdaşlıq şəraitində teatr kollektivlərinin iştirakını təşkil edərək Tunis tərəfinin təklifinə məmnuniyyətlə cavab verdi" - o, əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31