Ukraynadakı münaqişə Qərb - Rusiya diplomatı ilə danışıqlarla bitəcək - ÖZƏL

"Ukrayna münaqişəsi Qərblə danışıqlarla başa çatacaq".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Kiyev rejiminin cinayətləri üzrə xüsusi təyinatlı səfiri Rodion Miroşnik deyib.

"Danışıqlar mütləq olacaq; bütün toqquşmalar mütləq danışıqlarla yekunlaşacaq. Aydındır ki, danışıqlar marionetlərlə olmayacaq. Qərb hələlik razılaşmaq istəyini nümayiş etdirmir. Hələlik danışıqlar masası arxasına gəlməyə hazır olduqlarını demirlər. Sponsorlar tükənəndə, siyasi ambisiyalar sönəndə, Ukrayna xalqı nəhayət başa düşəcək ki, hazırda Ukraynada olan administrasiya Ukrayna administrasiyası deyil" - diplomat, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31