Sudan XİN BƏƏ-nin 15 diplomatını "arzuolunmaz şəxs" elan etdi

Sudanın Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 15 diplomatını "arzuolunmaz şəxs" elan edib.

Olaylar.az xəbər verir ki, bu barədə Sudanın SUNA informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, BƏƏ-nin Sudandakı səfirliyinin müvəqqəti işlər vəkili Bədriyə əş-Şihi Xarici İşlər Nazirliyinə çağrılıb və Sudan hökumətinin diplomatik nümayəndəlikdə çalışan 15 əməkdaşını "persona non grata" elan etdiyi barədə məlumatlandırılıb.

Qeyd olunan diplomatlara Sudan ərazisini tərk etməsi üçün 48 saat vaxt verilib. Sudan hökumətinin bu qərarının səbəbi qeyd olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31