Yaponiyanın baş naziri hökumətdə dəyişiklik etməyi planlaşdırır
11 Dekabr 2023 09:44 DünyaYaponiyanın baş naziri Fumio Kişida dekabrın 13-də hökumət və hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində dəyişiklik etməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, rüşvət qalmaqalında əli olanların işdən çıxarılacağı bildirilir.
LDP-nin ən böyük fraksiyasında qanun pozuntuları ətrafında qalmaqal yaranıb. Bununla bağlı xəbər verilir ki, Fumio Kişida bu fraksiyaya daxil olan hər kəsi nazirlik və rəhbər vəzifələrdən uzaqlaşdıra bilər. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31