Aİ Ermənistanla hərbi təlimlər keçirmək niyyətində deyil
11 Dekabr 2023 09:39 DünyaAvropa İttifaqı (Aİ) Ermənistanla hərbi təlimlər keçirmək niyyətində deyil.
Olaylar.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano bildirib.
"Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, o siyasi və iqtisadi dəyərlər birliyidir", - deyə Peter Stano vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31