Hakan Fidan Kanadaya SƏFƏR EDİB

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzzada daimi sülhün təmin edilməsi üçün Kanadaya səfər edib.

Olaylar.az trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyə XİN paylaşım edib.

Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupunun Qəzzada müharibəyə son qoyulması və daimi sülhün təmin edilməsi üçün apardığı işlər çərçivəsində Ottavaya səfər edib.

Məlumat üçün qeyd edək ki, Təmas Qrupunun Kanadanın baş naziri Trudeau (TURÜDO) və xarici işlər naziri Coli ilə iki ayrı görüş keçirməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31