Hakan Fidanla İsrail-HƏMAS münaqişəsi barədə müzakirələr apardıq - Blinken

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Hakan Fidanla İsrail-HƏMAS münaqişəsi barədə müzakirələr apardıq.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken öz sosial media hesabından paylaşım edib.

"Fidanla İsrail-Həmas münaqişəsini, münaqişənin bölgənin başqa yerlərinə yayılmaması üçün səyləri, qalan girovların azad edilməsinin zəruriliyini və humanitar yardımın göstərilməsini müzakirə etdik" - deyə o qeyd edib.

Blinken bildirib ki, İsveçin NATO-ya üzvlüyünün təxirə salınmadan təsdiqlənməsi vacibdir.

"Amerikalı həmkarlarımıza Qəzzadakı vəziyyətlə bağlı mövqeyimizi çox açıq şəkildə təqdim edirik. Biz onlara (ABŞ-a) buradakı vəziyyətin ciddiliyini, artıq tolerantlığın olmadığını və bununla bağlı hansı addımların atılmasının lazım olduğunu bildirdik"- deyə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, Türkiyənin, İsveçin NATO-ya üzvlüyü məsələsindəki mövqeyi bəllidir.

"NATO-da aparılan danışıqlar nəticəsində üçtərəfli sammitdə prezidentimiz və İsveçin baş naziri olub və nəticədə üzərində işlədiyimiz məsələlər var. Növbəti qərar Türkiyə Böyük Millət Məclisinindir" - deyə Fidan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31