Qazaxıstanda sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən SMS mesajları alıblar.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.

"Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir", - deyə məlumatda bildirilir.

"Tele2" mobil operatorunun mətbuat xidməti isə mesajda yanlışlığa yol verildiyini, dərəcə simvolunun "0" ilə yazıldığını və nəticədə -38 dərəcənin -380-nə çevrildiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31