Həmas Qəzza zolağında nə qədər məscid və kilsənin dağıdıldığını açıqlayıb - ÖZƏL
8 Dekabr 2023 19:55 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində yüzdən çox məscid və üç xristian kilsəsi dağıdılıb.
Olaylar.az xəbər verir ki, bu bəyanatla Fələstinin radikal HƏMAS hərəkatı çıxış edib.
"İsrail qüvvələri Qəzzada davam edən təcavüzün bir hissəsi olaraq Fələstin anklavındakı tarixi yerlərin əksəriyyətini hədəfə alıb", - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, bu günə kimi sektorda 104 məscid və 3 tarixi kilsə dağıdılıb.
Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı Fələstinin HƏMAS radikal hərəkatının hərbi komandanlığının iki nümayəndəsinə oktyabrın 7-də hücumu həyata keçirdiklərinə görə sanksiya tətbiq edib. Sanksiyalar HƏMAS-ın hərbi qanadının baş komandanı Məhəmməd Deif və HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsanı da əhatə edib.
Dekabrın 8-də o da bildirilib ki, HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadaları Qəzza zolağında dinc əhaliyə edilən hücumlara cavab olaraq İsrailin Təl-Əvivə raket zərbələri endiriblər.
Politoloq daha əvvəl Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin səbəblərindən birinin adını çəkmişdi.