Peskov ABŞ-ın Rusiya ilə Ukrayna arasında danışıqlara nail olmaq planını qeyri-real adlandırıb - ÖZƏL
8 Dekabr 2023 16:49 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, ABŞ-ın Rusiyanı Kiyev üçün əlverişli şərtlərlə Ukrayna ilə bağlı danışıqlara cəlb etmək planı həyata keçirilə bilməz.
Kremlin sözçüsü Vaşinqtonun planlarını şərh edərkən, "xeyr, bu, tamamilə qeyri-realdır" deyib.
Bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiyanın 2024-cü ilin sonunda Ukraynada münaqişənin həlli üçün Kiyev üçün əlverişli şərtlərlə danışıqlar aparmalı olmasını təmin etməyə çalışır. "Biz istərdik ki, gələn ilin sonunda ukraynalılar Rusiyanın qərar verməli olduğu mövqelərdə olsunlar. Onlar (ruslar) Ukrayna üçün məqbul şərtlərlə və BMT-yə əsaslanaraq danışıqlar masasına otursunlar", - Ağ Ev rəsmisi bildirib.