Putin prezident seçkilərində iştirak edəcəyini AÇIQLADI
8 Dekabr 2023 16:00 DünyaRusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Olaylar.az bu barədə rus KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Rusiya prezidenti bu barədə Kremldə "Vətən Qəhrəmanları Günü" münasibətilə keçirilən mərasimdə açıqlama verib.
Qeyd edək ki, Vladimir Putinin prezidentlik müddəti 2024-cü il mayın 7-də bitir. Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin olunub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31