Naməlum şəxs Estoniya DİN rəhbərinin avtomobilinin şüşələrini sındırıb - ÖZƏL
8 Dekabr 2023 15:54 DünyaÖtən gecə naməlum şəxs Estoniyanın daxili işlər naziri Lauri Läänemetsin şəxsi avtomobilinin şüşələrini sındırıb.
Səhər saatlarında yüksək rütbəli məmurun qohumları avtomobilə dəyən ziyanı aşkar ediblər.
Nazir müavininin sözlərinə görə, Lauri Läänemetsin avtomobili ərazidəki küçədə dayanmış yeganə zədələnmiş avtomobil olub və onun təsadüfən hücumçunun hədəfinə çevrilməsi ehtimalı azdır.
Avtomobilin içindəki əşyalara toxunulmadığı üçün Vootele Pyai "kimsə Daxili İşlər Nazirinə bir növ siqnal göndərməyə çalışır" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31