“Putin bunu vaxtı gələndə edəcək” - Peskov
8 Dekabr 2023 14:57 Dünya"Putin vaxtı gələndə namizədliyini açıqlayacaq".
Olaylar.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.
"Putin bunu zəruri və məqsədəuyğun hesab etdiyi zaman elan edəcək. Bu, tamamilə onun qərarı olacaq. Prezident hər zaman xalqın dəstəyinə arxalanıb. İndi isə məqsəd insanların rifahını və həyat səviyyəsini yaxşılaşdırmaqdır".
Peskov əlavə edib ki, bir çox insan Putini namizəd olmağa səsləyir.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də baş tutacaq. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31