Türkiyə ChatGPT-yə rəqib süni intellekt layihəsi hazırlayır - Selçuk Bayraktar
8 Dekabr 2023 14:37 DünyaTürk mühəndislər ChatGPT-yə yerli rəqib süni intellekt layihəsi AI.LE üzərində çalışır.
Olaylar.az-ın məlumatına görə, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar İstanbulda keçirilən "Take Off" sammitində çıxışı zamanı bildirib.
Məlumata əsasən, T3 Fondunun rəhbərliyi ilə mühəndislər türk mərkəzli proqramlaşdırma dili hazırlayır.
Qeyd edək ki, ChatGpt OpenAI tərəfindən hazırlanmış süni intellektə əsaslanan chatbotdur. Robot verdiyiniz suallara insan kimi cavab verə bilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31