BMT Təhlükəsizlik Şurası Qəzza ilə bağlı BƏƏ-nin dəstəklədiyi qətnaməyə səs verəcək — ÖZƏL

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dekabrın 8-də Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanmış İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamə layihəsini səsverməyə çıxaracaq".

Olaylar.az xəbər verir ki, bunu Ekvadorun BMT-dəki Daimi Nümayəndəliyi bildirib.

"BƏƏ-nin Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnaməsi üzrə səsvermənin cümə günü, Yaxın Şərq üzrə açıq BMT Təhlükəsizlik Şurasının sessiyasından dərhal sonra keçirilməsi planlaşdırılır", - deyə ölkənin BMT Təhlükəsizlik Şurasının missiyası bildirib. 
Bu həftənin əvvəlində Birləşmiş Ərəb Əmirlikləri BMT Təhlükəsizlik Şurasının üzvləri arasında Qəzzada dərhal atəşkəs təklif edən və bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağıran qətnamə layihəsini paylayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31