2023-cü ildə 9 minə yaxın korrupsiya şübhəlisi mühakimə olunub - ÖZƏL
8 Dekabr 2023 12:27 Dünya"2023-cü ilin ilk 9 ayı ərzində təxminən 9 min korrupsiya şübhəlisi məhkəmə qarşısına çıxarılıb".
Olaylar.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.
"2023-cü ilin 9 ayı ərzində 8898 şəxs barəsində ümumilikdə 7949 cinayət işi məhkəmələrə göndərilib" - o, deyib.
Onun sözlərinə görə, işlərin əksəriyyəti rüşvət alma (5353 iş və ya 67%) və dələduzluq (1021 iş və ya 13%) ittihamları ilə başlanıb.
Mütəşəkkil cinayətkar dəstələrin 371 üzvünə qarşı ümumilikdə 118 cinayət işi araşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31