Karakas Moskva ilə strateji müttəfiqliyə girəcək - ÖZƏL

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarovla görüşündən sonra ölkəsinin Rusiya ilə strateji müttəfiqliyə girdiyini açıqlayıb və ikitərəfli münasibətlərin gələcək inkişafı məsələsinə toxunub.
"Biz Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov ilə görüş keçirdik, görüş zamanı iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər üçün qarşılıqlı maraq doğuran məsələlər üzrə strateji müttəfiqliyi təsdiq etdik. Görüşdə biz həmçinin Latın Amerikası regionundakı mövcud vəziyyəti və xalqlarımızın sabitliyini və rifahını təmin etmək üçün bolivar sülh diplomatiyasının səylərini müzakirə etdik" - Venesuela xarici işlər naziri, bildirib.

Bundan əvvəl Venesuelanın Rusiyadakı səfiri Xesus Rafael Salazar Velaskes Venesuela prezidenti Nikolas Maduronun dekabrın sonunda Moskvaya gözlənilən səfəri barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31