ABŞ nüvə sınaqlarının bərpası məsələsində Rusiyanın məhdudiyyətlərini sınamaqda səhv etdi - ÖZƏL
7 Dekabr 2023 15:40 Dünya"Vaşinqton nüvə sınaqlarının bərpası məsələsində Rusiyanın limitlərinin sınaqdan keçirilməsini zəruri hesab edirsə, yanılır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Biz sözlə deyil, əməllə mühakimə edirik və özümüz də hər an hazır olmalıyıq. Əgər amerikalılar bizim gücümüzü bu sahədə də sınaqdan keçirməli olduqlarını düşünürlərsə, yanılırlar" - o, deyib.
Baş diplomat əlavə edib ki, ABŞ sabitliyi pozmaq yolu ilə getsə və nüvə sınaqları keçirmək qərarına gəlsə, tamamilə yeni vəziyyətə düşəcək.
"ABŞ bu cür sınaqları bərpa edərsə, biz onların hərəkətlərini əks etdirəcəyik", - Rusiya xarici işlər nazirinin müavini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31