Yaponiya Ukraynaya yardım edəcək - ÖZƏL

"Yaponiya hökuməti həm birbaşa, həm də Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar dəyərində yardım edəcək".

Olaylar.az xəbər verir ki, bunu Yaponiyanın Xarici İşlər Nazirliyi baş nazir Fumio Kişidaya istinadən bildirib.

"Kishida Yaponiyanın yenidənqurma, eləcə də humanitar yardım da daxil olmaqla əlavə 1 milyard dollar dəstək verməyə qərar verdiyini və bu əlavə dəstək və genişləndirilməsi də daxil olmaqla ümumilikdə 4,5 milyard dollar yardım göstərməyə hazır olduğunu bildirdi" - nazirlikdən, bildiriblər.

Bundan əlavə, Yaponiyanın baş naziri Kiyevə əlavə yardım və Moskvaya qarşı sanksiyaların saxlanılması niyyətini bir daha bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31