Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI
7 Dekabr 2023 11:49 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiyada prezident seçkilərinin tarixi açıqlanıb.
Olaylar.az bildirir ki, bu barədə Rusiyanın Federasiya Şurası qərar verib.
Qeyd olunub ki, prezident seçkiləri 2024-cü il martın 17-də baş tutacaq. Məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyası dekabrın 8-də 3 günlük səsvermə barədə qərar layihəsini müzakirə edəcək.
Qeyd edək ki, Rusiyanın hazırki Prezidenti Vladimir Putin 2012-ci ildən bu vəzifəni icra edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31