Onu Moskvada biz öldürdük! - ETİRAF

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ali Radanın keçmiş üzvü İlya Kivanın ölümünə görə məsuliyyəti öz üzərinə götürüb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov etiraf edib.

Yusov bildirib ki, Kiva kəşfiyyat idarəsinin xüsusi əməliyyatı zamanı öldürülüb.

O, belə aksiyaları davam etdirmək niyyətində olduqlarını da açıqlayıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti Moskva vilayətində tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31