Adidas Rusiya Federasiyasına başqa brendlə qayıdacaq - ÖZƏL
6 Dekabr 2023 15:15 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Adidas və Reebok şirkətləri Rusiya bazarına qayıdacaq və onların məhsullarını yeni ASP şəbəkəsi vasitəsilə almaq mümkün olacaq. Onun inkişafı distribyutor Lestate tərəfindən həyata keçirilir. Şirkətin marketinq şöbəsinin rəhbəri İlya Komissarov öz müsahibəsində müvafiq məlumat verib.
Olaylar.az xəbər verir ki, Lestate nümayəndəsinin sözlərinə görə, ilk mağaza bu həftə Moskvada satış nöqtəsində açılacaq. ASP bayrağı altındakı məntəqələrin sayı hələ müəyyən edilməyib, lakin bu məsələ müzakirə olunur və pərakəndə satış şəbəkəsinin genişləndirilməsi mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, Adidas və Reebok SVO başlayandan sonra Rusiya bazarını tərk ediblər. Bundan əvvəl Lestate brend məhsullarını Rusiya Federasiyasına ixrac edirdi.