Rusiyanın məşhur aktrisası Yelena Kornilova Moskvada dünyasını dəyişib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

86 yaşlı rus aktrisası Yelena Kornilova Moskvada dünyasını dəyişib. Bu barədə informasiya mənbəyi "Shot" məlumat yayıb.
Aktrisanın meyitini qocalar evində tibb bacısı aşkar edib. O, ölümündən təxminən iki saat sonra tapılıb. Hazırda ölümün səbəbi müəyyənləşdirilir.
Nəşr qeyd edir ki, aktrisanın qohumları onu qocalar evinə yerləşdiriblər. Aktrisa son vaxtlar özünü pis hiss edib və zəiflikdən şikayətlənib.
Kornilova bir çox sovet filmlərində rol alıb, həmçinin "Kaperkay", "Səssiz ov", "Pyatnitski. İkinci fəsil" və digər rus detektiv seriallarındakı rolları ilə tanınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31