Bufer zonalar Qəzza böhranının həlli ola bilər - ÖZƏL
6 Dekabr 2023 13:54 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Bufer zonaların yaradılması Qəzza zolağı ətrafında vəziyyətin həlli ola bilər".
Olaylar.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.
"Bu, əməliyyatın nəticələrindən asılı olacaq. Əgər Qəzza zolağında ümumiyyətlə terror təşkilatı yoxdursa, o zaman belə bufer zonalar daha az aktual olacaq", - diplomat bildirib.
O, Fələstin anklavının demilitarizasiyası və beynəlxalq nəzarət ssenarilərini də xatırladaraq, əgər terror təşkilatlarının qalıqları varsa, o zaman bizim bufer zonaya ehtiyacımız olacaq. Bufer zonası sadəcə bir seçimdir deyib.
"Sərhəd yaxınlığında yaşayan vətəndaşlarımızın oktyabrın 7-də baş verənlərin təkrarı ilə üzləşməməsi üçün nə edəcəyimizi düşünməliyik", - Ben Zvi vurğulayıb.
İsrail nümayəndəsinin sözlərinə görə, onsuz da bunun necə edilə biləcəyini müzakirə etmək hələ tezdir. O əlavə edib ki, Qəzzada terror təşkilatı olduğu müddətcə terrorla mübarizə davam etdirilməlidir.