ABŞ yeni yardım göndərməsə, Kiyevin məğlubiyyətinə görə məsuliyyət daşıyacaq – ÖZƏL
6 Dekabr 2023 13:49 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Vaşinqton Ukraynaya əlavə yardımı təsdiqləməsə, Kiyev hökumətinin məğlubiyyətinə görə məsuliyyəti Birləşmiş Ştatlar daşıyacaq".
Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
"Mən Konqres üzvləri ilə danışmışam, həmkarlarım da danışıblar. Düşünürəm ki, onlar bunu başa düşürlər, bu, dəhşətli vəziyyətdir və biz Ukraynaya lazım olan maliyyəni ala bilməsək, Ukraynanın məğlubiyyətinə görə özümüz məsuliyyət daşıya bilərik" - o, deyib.
Onun sözlərinə görə, Kiyev hökumətinin yalnızca pulu tükənmək üzrədir.
O, iddia edir ki, Kiyev vergi gəlirlərinə, hərbi maaşlara və müdafiəyə aldıqları hər qəpikdən çox pul xərcləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31