İsrail Rəfah keçid məntəqəsindən gələn raket atəşinə cavab verəcək - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"İsrail Rəfah sərhəd-keçid məntəqəsinə bitişik ərazidən gələn atəş hücumlarına cavab olaraq atəş açacaq".

Olaylar.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.

"Rəfah keçidinə yaxın ərazilərdən bizə raket atsalar, cavab verəcəyik. Əgər etməsələr, hər şey yaxşı olacaq", - səfir bildirib.
Oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin qruplaşmasının yaraqlılarının İsrail ərazisinə qəfil hücumu, Qəzza sərhədi yaxınlığında yaşayan çoxlu israilli kibbutz sakinini öldürməsi və 200-dən çox israillini, o cümlədən qadınları qaçırmasından sonra Yaxın Şərqdə gərginlik yenidən alovlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31