ABŞ uşaqların maraqlarının əsas müdafiəçiləri sırasında ola bilməz - ÖZƏL
6 Dekabr 2023 11:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Amerika hakimiyyəti uşaqların qanuni maraqlarının əsas müdafiəçisi kimi çıxış etməyə cəhd edə bilməz, Vaşinqton diqqətini ABŞ-da yetkinlik yaşına çatmayanların problemlərinə yönəltməlidir".
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.
"Biz Vaşinqtonu çox həssas məsələlərdə spekulyasiyanı dayandırmağa çağırırıq. ABŞ-ın özündə mövcud olan çoxsaylı sosial problemlərə diqqət yetirin. Burada, mövcud məlumatlara görə, miqrasiya böhranı nəticəsində itkin düşmüş 85 minə yaxın azyaşlının taleyindən söhbət gedir. Dünyanın hər yerindən övladlığa götürülmüş uşaqlarla demokratiyanın beşiyində baş verənlərə xüsusi diqqət yetirilməlidir. Rusiya Xarici İşlər Nazirliyinin müvafiq hesabatı kömək edəcək. Bu cür yanaşmalar bütün dünyaya bəzi amerikalı siyasətçilərin tam çılğınlığını nümayiş etdirir. Bu bəyanatlar qəbuledilməzdir və iyrəncliyi ilə diqqəti cəlb edir. Co Vilson kimi rusofoblar həqiqətlə üz-üzə gəlmək istəmirlər. Tarixi faktları təhrif edirlər. Süni şəkildə saxta tezis təbliğ edirlər. Onlar hadisələri ağlabatan insan üçün müqayisə oluna bilməyəcək səviyyədə qoymağa çalışırlar", - səfir vurğulayıb.