Bayden hesab edir ki, seçkidə qalib gəlsə, Tramp inauqurasiyaya gəlməyəcək - ÖZƏL
6 Dekabr 2023 11:23 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ prezidenti Co Bayden hesab edir ki, qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, Amerikanın əvvəlki lideri Donald Tramp inauqurasiyaya gəlməyəcək.
"O, mənim andiçmə mərasimimə gəlmədi. Bunun məyusluqdan olduğunu deyə bilmərəm. İnanıram ki, o, mənim növbəti andiçmə mərasimimdə görünməyəcək", - ABŞ-ın hazırkı prezidenti Massaçusetsdə seçki kampaniyası zamanı çıxış edərkən əlavə edib. O, həmçinin Trampı "uğursuz keçmiş prezident" adlandırıb.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31