Şəhər polis idarəsinin rəis müavini saxlanılıb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk üzrə rəis müavini Aleksandr Zaxarov  Novosibirskdə saxlanılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib.
NGS.Novosibirsk nəşrinin məlumatına görə, onun saxlanması qanunsuz qumar biznesi ilə bağlı ola bilər.
Ötən il dekabrın 22-də isə Novosibirsk Mərkəzi Rayon Məhkəməsi Novosibirsk polisinin Mərkəzi regional idarəsinin iqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin rəisi Aleksandr Umerovu həbs etmişdi. O, qumar biznesinin nümayəndələrindən xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, hər ay 500 mindən 1 milyon rubla qədər rüşvət alırmış.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31