Britaniya Ukraynanı dəstəkləməkdə davam etmək niyyətindədir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron 2024-cü ildə Ukraynaya dəstək üçün ayrılacaq dəqiq məbləğə malik olmadığını, lakin Londonun Kiyevə əvvəlki illərdən az olmayan yardım göstərməkdə qərarlı olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

"2024-cü il üçün nə qədər veriləcəyi ilə bağlı rəqəmlərim yoxdur. Bircə onu deyə bilərəm ki, biz Ukraynaya etdiyimiz səviyyədə, hətta daha böyük səviyyədə dəstəyi davam etdirməyə tam sadiqik", - Kemeron bildirib.

Kemeron bundan əvvəl NATO ölkələrində silah istehsal edən şirkətləri Ukraynanın ən azı iki il ərzində silah ehtiyacını ödəmək üçün məhsuldarlığı artırmağa inandırmağa çağırmışdı.

Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bəyan etmişdi ki, Qərb dövlətləri Ukraynaya yardımı dayandırmaq niyyətində deyil və diqqətlərini başqa şeyə yönəltmək niyyətində deyillər.

Daha əvvəl Britaniyada Zelenskinin Qərbdəki yeni ən yaxşı dostu adını vermişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31