Rusiyalı biznesmeni tapana 7 milyon dollar verəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

ABŞ hakimiyyəti rusiyalı iş adamı, Krasnoyarsk diyarının keçmiş qubernatoru Aleksandr Ussun oğlu Artyom Uss haqqında məlumat verən şəxsə 7 milyon dollara qədər ödəməyə hazırdır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Bildirilib ki, Dövlət Departamenti iş adamının saxlanmasına imkan verəcək məlumat üçün 7 milyon dollara qədər mükafat təklif edir.

Qeyd edək ki, A.Uss ABŞ-da sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. ABŞ-da onu 20 ildən 30 ilə qədər həbs gözləyir. O, ötən il oktyabrın 17-də ABŞ-ın tələbi ilə İtaliyada saxlanılıb, daha sonra ev dustaqlığı müddətində ABŞ-a ekstradisiya ilə bağlı məhkəmə qərarını gözləyib.

Bu ilin martın 23-də Uss Milan yaxınlığında ev dustaqlığında olduğu yeri icazəsiz tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31