Aİ Rusiyaya qoyulan sanksiyalardan qaçanların qarşısını alacaq- ÖZƏL
19 May 2023 14:31 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) sanksiyalardakı hüquqi boşluqları doldurmaq və mövcud məhdudiyyətlərdən yayınmağın qarşısını almaq istəyir. Aİ Komissiyasının sədri Ursula fon der Leyen Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Sammitinin Ukrayna sessiyasında çıxış edib. "Biz Ukraynaya iqtisadi və maliyyə dəstəyini davam etdirməliyik". Von der Leyen G7 ölkələrinin qurduğu koordinasiya platformasının Ukraynaya 2023-cü il büdcə kəsirini bağlamağa kömək etdiyini, 2023-cü ildən sonra isə Ukraynaya sabit maliyyə dəstəyinin verilməsi üçün razılığa gəlmələri lazım olduğunu bildirib. Rusiyanın təcavüzünə görə "yüksək bədəl" ödədiyinə diqqət çəkən von der Leyen, Aİ-nin Rusiyanı qabaqcıl mal və texnologiyadan məhrum etmək və əlaqəni kəsmək üçün bu ölkəyə illik 50 milyard avro ixrac və 90 milyard avro idxalı qadağan etdiyini söyləyib. Von der Leyen, Rusiya qanadlı raketləri üçün mikroprosessor və sensorlardan hərbi rabitə cihazlarının çiplərinə qədər üçüncü ölkələrə yüksək texnologiya ixracatının Rusiyaya getdiyini və müharibədə Ukraynaya qarşı istifadə edildiyini deyib.
O, sonda bildirib ki, təcavüzkarı qurbanı eyniləşdirən sülh danışıqları rədd edilməlidir. Ukrayna prezidenti Vladimir Zelenskinin sülh formuluna dəstək toplamaq səyləri dəstəklənməlidir .