Tualetdə yer açıb "iPhone"ları oğurladılar

ABŞ-da qeyri-adi oğurluq olub.

"Tesla" müştərilərin avtomobildə çılpaq görüntülərini yaydı - ÖZƏL

Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə Vaşinqton ştatının Linvud şəhərindəki ticarət mərkəzində qeydə alınıb. Burada oğrular "Apple" mağazasına bitişik restoranda tualetin divarını deşərək, 500 min dollar dəyərində mal oğurlayıblar.

Məlumata əsasən, təxminən 436 "iPhone" və digər "Apple" elektronikası da daxil olmaqla 500 min dollar dəyərində mal oğurlanıb. "Apple" mağazasının əməkdaşları bildiriblər ki, onlar ertəsi gün səhər işə gələndə hadisəni və "iPhone"ların oğurlandığını görüblər.

"Seattle Coffee Gear"ın baş direktoru Mayk Atkinson bildirib ki, oğrular pərakəndə satış mağazasının "Aldervud Mall"a daxil olaraq "Apple" mağazasına daxil olmaq üçün tualetin divarında deşik açıblar.

 

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31