"Tesla" müştərilərin avtomobildə çılpaq görüntülərini yaydı - ÖZƏL
7 Aprel 2023 09:55 Dünya"Reuters" agentliyi yayımladığı bir reportajda dünyaca məşhir "Tesla" şirkətinin işgüzar nüfuzuna zərbə vurub. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə sözügedn şirkət çıxış edib.
Belə ki, agentliyin keçmiş şirkət işçiləri ilə hazırladığı reportajda "Tesla"nın müştərilərinin çılpaq görüntülərini yaydığı iddia olunur. Keçmiş əməkdaşlar bildiriblər ki, bu görüntülərə şirkət daxilində baş verən vatsap yazışmaları zamanı rast gəliblər.
Şirkət isə bəyan edib ki, avtomobillərə quraşdırılan kameralar yalnız sürücülərin onu rahat və təhlükəsiz idarə etməsi üçün nəzərdə tutulur.
Qeyd edək ki, "Tesla" onlayn "Müştəri Məxfilik Bildirişi"ndə avtomobillərdəki görüntülərin anonim qalacağını xüsusi qeyd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31