Rusiya BMT Təhlükəsizlik Şurasına “Şimal axını” partlayışları ilə bağlı yazışmalar təqdim edir - ÖZƏL
14 Mart 2023 14:05 Dünya"Rusiya BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyasına "Şimal axını"nda baş verən partlayışların təhqiqatı ilə bağlı Almaniya, Danimarka və İsveçlə yazışmalarını təqdim edib".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
"Biz Danimarka, İsveç və Almaniyanın milli araşdırmalarına dair yazışmalarımızın bir nüsxəsini BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyaya bu akta baxmaq üçün BMT-nin rəhbərlik etdiyi beynəlxalq komissiyanın yaradılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini təşviq etmək səyləri çərçivəsində göndərdik" - o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31