İranda çoxlu sayda insan saxlanılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Hicri Şəmsi təqvimi ilə ilin axır çərşənbə gecəsi keçiriləcək "Çərşənbə Suri" şənliklərində İranda terror və təxribat aktları hazırlamaqda günahlandırılan çoxlu sayda insan saxlanılıb. İran Kəşfiyyat Nazirliyindən verilən açıqlamada ilin axır çərşənbəsində qeyd olunan şənlik kimi tanınan "Çərşənbə Suri"sində terror və təxribat  həyata keçirmək məqsədi ilə çoxlu sayda adamın həbs edildiyi bildirilib. Məşhəd şəhərində MEK-ə bağlı qrupa qarşı təşkil edilən əməliyyatda 300 əl istehsalı partlayıcının ələ keçirildiyi, İraq Kürd Regional Rəhbərliyinə (KRG) bağlı İKDP-yə bağlı ünsürlərlə günahlandırılanlara qarşı keçirilən əməliyyatda çoxlu adamın nəzarətə alındığı bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31