Kahramanmaraşda yenə zəlzələ oldu
14 Mart 2023 11:44 DünyaTürkiyənin Kahramanmaraş vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, Kahramanmaraşın Göksun rayonunda saat 09:47-də 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. 48 mindən çox insan həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31