“Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
14 Mart 2023 11:20 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə növbəti aksiya 15 mart tarixində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində keçiriləcək.
Nazirlikdən "Olaylar"a bildirilib ki, aksiya zamanı vətəndaşlar minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər. Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi (Nizami rayonu, Ziya Bünyadov 119)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31