Ukrayna hərbçiləri Krasnı Liman istiqamətində əks-hücuma cəhd edib - ÖZƏL
3 Mart 2023 13:24 Dünya"Ukrayna qoşunları Krasnıy Liman istiqamətində əks-hücum keçirməyə cəhd ediblər, lakin Rusiya qüvvələri tərəfindən dəf edilib və itkilər verərək geri çəkiliblər".
Olaylar.az xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının xalq milislərinin istefada olan polkovniki Andrey Maroçko bildirib.
"Krasnı Liman istiqamətində düşmən itirilmiş mövqelərini bərpa etməyə çalışır. Ukrayna ordusu irəliləyən qüvvələrimizə əks-hücum etmək və Makeyevka, Nevskoye və Çernopopovka yaşayış məntəqələri yaxınlığında itirilmiş sərfəli mövqelərini bərpa etmək üçün növbəti cəhdə başlayıb" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31