ABŞ İranın 6 şirkətinə sanksiya tətbiq edib- ÖZƏL
3 Mart 2023 12:36 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti İran neft və neft-kimya məhsullarını satan 6 şirkətə qarşı sanksiya tətbiq etdiyini bildirib. Nazirlikdən verilən yazılı açıqlamada, sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam, 2 Çin, 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu bildirilib. Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalar dairəsinə daxil edildiyi bildirilib. Açıqlamada sanksiyaya məruz qalan şirkətlərə və qadağan olunmuş gəmilərlə əlaqəli hər kəsə sanksiya tətbiq oluna biləcəyi bildirilib və bu şirkətlərin ABŞ-dakı və ABŞ şəxslərinin nəzarətində olan bütün əmlaklarının Xarici Aktivlərə Nəzarət Ofisinə bildirilməsinin vacibliyi qeyd edilib. ABŞ dövlət katibi Entoni Blinken verdiyi açıqlamada, "ABŞ İranın enerji ixracatını əhəmiyyətli dərəcədə azaltmaqda qərarlıdır. İranın neft və neft-kimya ticarətini asanlaşdıranlara qarşı sanksiyaları davam etdirəcək" deyib.